MƏDƏNİYYƏT


CABİR NOVRUZUN XATİRƏ GECƏSİ KEÇİRİLMİŞDİR

Rəşid Behbudov adına Mahnı Teatrında xalq şairi Cabir Novruzun xatirə gecəsi keçirilmişdir.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları –Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, şair Zəlimxan Yaqub çıxış edərək milli poeziyamızın inkişafında Cabir Novruzun xidmətlərindən danışmışlar. Natiqlər, eyni zamanda, şairin qüdrətli publisistikasından, ədəbi qəzet və jurnallarda yorulmaz fəaliyyətindən söz açmışlar.

Gecədə iştirak edənlərə Cabir Novruza həsr olunmuş iki kitab – tanınmış şair Mərkəz Qacarın “Təklik məni təklədi...” və Cabir Novruzla Oqtay Kazıminin “Sağlığında qiymət verin insanlara” (mahnılar) kitabları təqdim olunmuşdur.

Birinci kitaba şairin C.Novruza həsr etdiyi poema daxil edilmişdir. Burada mərhum şairimiz oxucuya böyük insan, bütöv şəxsiyyət, qürurlu söz ustası kimi təqdim olunur.

İkinci kitabda isə sairin şerləri, bəstəkarın isə həmin sözlərə yazdığı mahnıların notu verilmişdir.

Gecədə bədii qiraət ustalarımızın ifasında şairin şerləri səslənmişdir. Tanınmış müğənnilərimiz C.Novruzun sözlərinə yazılmış mahnıları ifa etmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.