Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

CƏNUBİ AFRİKA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB TABO MBEKİYƏ

Hörmətli cənab Prezident,

Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizi və bütün Cənubi Afrika Respublikası xalqını təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar açacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Cənubi Afrika Respublikasının xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 aprel 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin