SİYASƏT
CƏNUBİ QAFQAZDAKI MÜNAQİŞƏLƏR REGİONUN SABİTLİYİNƏ TƏHLÜKƏ YARADIR
BAKI, 3 fevral (AZƏRTAC). Cənubi Qafqazdakı həll olunmamış münaqişələr regionda sülhə və sabitliyə təhlükə yaradır. Bu sözləri NATO-nun təşkilatçılığı ilə Bakıda keçirilmiş “İqtisadiyyat, təhlükəsizlik və müdafiə” mövzusunda seminarda iştirak etmiş alyansın baş katibinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Patrik Hardoun demişdir.
Patrik Hardoun NATO-nun bu münaqişələrin həllində bilavasitə iştirak etməsə də, regionda mövcud qarşıdurmaların, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə dair bütün təşəbbüsləri dəstəklədiyini bəyan etmişdir.