İQTİSADİYYAT


CƏNUB BÖLGƏSİNİN ENERJİ TƏCHİZATI TAM BƏRPA EDİLDİ

Ötən istirahət günləri Azərbaycan ərazisi üzərindən keçmiş qasırğadan zərər çəkən cənub bölgəsinə elektrik enerjisinin verilməsi tam bərpa edilmişdir.

“Azərenerji”nin mətbuat xidmətindən bu barədə AZƏRTAC-ın müxbirinə məlumat verərkən onu da xatırlatmışlar ki, bəzi yerlərdə saniyədə 40 metrə çatan qasırğa tikintilərə və əkin yerlərinə ciddi ziyan vurmuş, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının enerji təchizatını pozmuşdu. 220 kV-luq 3-cü Masallı və 110 kV-luq 1-ci Masallı elektrikötürmə xətlərinə daha çox zərər dəymişdi. Güclü külək bu xətlərin metal dayaqlarını yıxmışdır.

Əli Bayramlı yüksəkgərginlikli elektrik şəbəkəsinin direktoru Əlirza Səmədovun sözlərinə görə, şəbəkədə yaranmış nasazlıqlar təmir briqadalarının gördükləri operativ tədbirlərdən sonra, fevralın 17-də axşam tərəfi aradan qaldırılmışdır. Hazırda rayon elektrik şəbəkələrinin kollektivləri aşağıgərginlikli yerli şəbəkələrdə bərpa işləri aparırlar.

“Azərenerji” SC Mərkəzi Dispetçer Xidmətinin rəisi Rauf Əhmədov bildirmişdir ki, abonentlərin çoxu şəbəkəyə qoşulmuşdur və elektrik enerjisi ilə sabit təmin olunurlar. Təbii fəlakətin nəticələri aradan qaldırılmışdır və cənub bölgəsinə elektrik enerjisi məhdudiyyətsiz verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.