İQTİSADİYYAT


CƏNUB REGİONUNDA QASIRĞANIN NƏTİCƏLƏRİ ARADAN QALDIRILIR

Ötən istirahət günləri Azərbaycanın cənub rayonlarında olmuş qasırğanın nəticələrinin aradan qaldırılması işləri davam etdirilir.

“Azərenerji”nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, aramsız şiddətli külək Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının enerji təminatını pozmuşdur.

“Azərenerji”nin yüksəkgərginlikli elektrikötürmə xətləri ilə yanaşı, Azərbaycanın qərb və cənub regional enerji şəbəkələrini idarə edən “Bayva” şirkətinin 10 və 35 kilovoltluq elektrikötürmə xətlərinin də, demək olar, hamısı sıradan çıxmışdır.

Lerik rayonunda, xüsusilə ağır vəziyyət yaranmışdır. Burada sürəti bəzən saniyədə 40 metrə çatan külək “Azərenerji”nin və Əli Bayramlıdakı yüksəkgərginlikli şəbəkənin fəhlə briqadalarının bərpa və təmir işlərini davam etdirməsinə imkan verməmişdir.

SC-nin elektrik enerjisi təminatı idarəsinin rəisi Hacımahmud Abdullayevin sözlərinə görə, güclü külək 3-cü Masallı (220 kV) və 1-ci Masallı (110 kV) elektrikötürmə xətlərinin dayaqlarını yıxmışdır. “Fevralın 16-da gecə bərpa işləri səhərədək dayandırılmamışdır. Respublikanın cənub rayonlarının enerji ilə sabit təchizatı 3-cü Masallı elektrikötürmə xəttində işlər başa çatdıqdan sonra təmin olunacaqdır. Şəbəkələrin etibarlı olması üçün aşağıgərginlikli yerli elektrikötürmə xətləri də bərpa edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.