MƏDƏNİYYƏT


CARİ İLİN BİRİNCİ YARISINDA QƏBƏLƏYƏ 20 MIN TURIST GƏLMİŞDİR

Bakı, 15 avqust (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, dörd bir tərəfdən dağlarla əhatələnmiş Qəbələ şəhərinin yerləşdiyi ərazi, xüsusilə onun nadir təbiəti burada turizmin sürətli inkişafına real imkanlar yaradır.

Bölgənin əlverişli potensialından daha səmərəli istifadə etmək məqsədi ilə son üç ildə Qəbələdə yeni turizm obyektləri tikilmişdir. Bu siyahıya iki 5 ulduzlu, iki 4 ulduzlu, yeddi 3 ulduzlu otellər, 2 sanatoriya və s. daxildir.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin rayona səfəri zamanı açılışı olmuş “Qafqaz Riversayd” oteli isə bütövlükdə regionun dünya standartlarına cavab verən ən möhtəşəm mehmanxanası hesab olunur. Oteldə 150 nəfərədək yerli sakin işlə təmin olunmuşdur. Ümumiyyətlə, son illər bölgədə turizmin inkişafi nəticəsində 2 mindən çox yeni iş yerləri açılmışdır.

Royunun füsunkar təbiəti, burada müasir dünya standartlarına tamamilə cavab verən turizm infrasturukturunun yaradılması son vaxtlar Qəbələyə turist axınının sürətlənməsinə səbəb olmuşdur. Bir faktı qeyd etmək kifayətdir ki, Qəbələyə keçən il cəmi 20 min turist gəldiyi halda, artıq cari ilin 6 ayında rayona bütövlükdə 2009-cu ildəki qədər turist axını müşahidə edilmişdir. İlin sonunadək bu rəqəmin ikiqat artacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.