İQTİSADİYYAT
CARİ İLİN İLK ÜÇ RÜBÜNDƏ 800 MİN TON MƏNFƏƏTLİ NEFT ƏLDƏ EDİLMİŞDİR
D.Vudvordun sözlərinə görə, ötən doqquz ayda “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə istismar xərcləri cari il üçün planlaşdırılmış 100 milyon dolların 59 milyon dolları, əsaslı xərclər isə cari il üçün ayrılmış 2 milyard 52 milyon dolların 1 milyard 508 milyon dolları qədərdir.
“Çıraq” yatağında neft hasilatı cədvəl üzrə gedir və ilin əvvəlindən bəri gündə, orta hesabla, 132 min barrel olmuşdur. 1997-ci ilin noyabrında ilkin neftin çıxarıldığı vaxtdan bəri yataqdan, təqribən 30 milyon ton neft hasil edilmişdir.
Devid Vudvord Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşasından danışaraq demişdir ki, hazırda bütün marşrut boyunca 17 tikinti meydançasında iş görülür. Artıq 1 milyard 500 milyon dollar xərclənmiş, 2 milyard 300 milyon dollarlıq öhdəliklər götürülmüşdür. BTC-nin ümumi büdcəsi 2,95 milyard dollardır.