MƏDƏNİYYƏT


CAR-da keçirilən dünya rəqs müsabiqəsində həmyerlimizin rəhbərlik etdiyi qrup qalib gəlib

Bakı, 23 sentyabr, AZƏRTAC 

Cənubi Afrika Respublikasında (CAR) keçirilən dünya rəqs müsabiqəsində həmyerlimizin rəhbərlik etdiyi qrup qalib gələrək dünya çempionatında iştirak hüququnu qazanıb.

Azərbaycanın CAR-dakı müvəqqəti işlər vəkili Yamin Cəfərovun AZƏRTAC-a verdiyi məlumata görə, Afrika qitəsinin ən böyük yarışması hesab olunan müsabiqənin seçim mərhələsində səfirliyin maddi dəstəyi ilə azərbaycanlı xoreoqraf Azər Mirzəyevin bədii rəhbərliyi altında fəaliyyət göstərən “Dance Masters” rəqs məktəbinin yetirmələri iştirak ediblər. Onlar “Yeddi gözəl” baleti və “Son nəfəs” musiqi nömrəsi ilə çıxış edərək 1-ci və 3-cü yerləri tutublar.

Qeyd edək ki, “Dance Star” rəqs müsabiqəsinin dünya turunun Cənubi Afrika üzrə seçim mərhələsi 16-20 sentyabr tarixlərində Cənubi Afrika Respublikasının Pretoriya şəhərində keçirilib. Qalib rəqqaslar 2020-ci ildə Portuqaliyada keçiriləcək dünya rəqs çempionatına qatılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.