DÜNYA


CAR-da leysan yağışları nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb VİDEO

Bakı, 24 aprel, AZƏRTAC

Cənubi Afrika Respublikasının şərqində yerləşən Kvazulu-Natal əyalətində leysan yağışları nəticəsində həlak olanların sayı 51 nəfərə çatıb.

AZƏRTAC SABC News telekanalına istinadla xəbər verir ki, güclü yağış ölkənin şərqində yolları dağıdıb, infrastruktura zərər vurub, evləri su altında qoyub. Hazırda əyalətdə xilasetmə işləri davam edir.

Təbii fəlakətlə əlaqədar dövlət başçısı Siril Ramafosa Misirə səfərini yarımçıq qoyub və zərərçəkən əraziləri ziyarət etmək üçün ölkəyə qayıdıb.

Cənubi Afrika Respublikasının Meteorologiya Xidməti əyalətdə intensiv yağışların aprelin 24-də də davam edəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.