DÜNYA


CAR tütün korporasiyası Saymon Rudlendə hücum edənlər barədə məlumat üçün 660 min dollar vəd edir

Əddis-Əbəbə, 17 avqust, AZƏRTAC

Cənubi Afrika Respublikasının (CAR) “Gold Leaf” ən iri tütün korporasiyası şirkətin rəhbər şəxslərindən biri olan Saymon Rudlendə hücumun arxasında dayananlar barədə və onların həbs olunmasına kömək edə biləcək məlumata görə 660 min dollar məbləğində mükafat vəd edib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Saymon Rudlend avqustun 14-də Yohannesburqda Müstəqil Tütün Assosiasiyasının yaxınlığında güllələnib.

Hadisə yerində nəzarət videokameralarında S.Rudlendin avtomobillə binanın darvazasının qarşısına gəldiyi və bir neçə saniyədən sonra onun arxasınca gələn avtomobildən naməlum şəxs tərəfindən atəşə tutulduğu, həmin avtomobilin 4 saniyədən sonra sürətlə geri dönməsi görünür. Rudlendin dərhal təcili yardımla reanimasiyaya yerləşdirildiyi bildirilir.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əddis-Əbəbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.