İDMAN
“CƏSURLAR” HƏRBİ-İDMAN VƏ TURİZM OYUNLARININ İŞTİRAKÇILARI FƏXRİ XİYABAN VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞLƏR
Aprelin 29-da C.Naxçıvanski adına Hərbi Liseydə ümumtəhsil məktəblərinin 7-8-ci sinif şagirdləri arasında keçirilən “Cəsurlar” hərbi-idman və turizm oyunlarının respublika final mərhələsinə start veriləcəkdir.
AZƏRTAC xəbər verir ki, zona yarışlarında ilk üç yeri tutaraq, finalda iştirak etmək hüququ qazanmış 18 rayon komandası Təhsil, Gənclər və İdman nazirliklərinin nümayəndələri ilə birlikdə aprelin 28-də Fəxri xiyabana gedərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər gül dəstələri düzülmüşdür.
Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi yad edilmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.