İQTİSADİYYAT
CATEL ŞİRKƏTİ FƏALİYYƏTİNİN GENİŞLƏNDİRƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi simsiz rabitə xidməti göstərən CATEL Azərbaycan-Amerika Birgə Müəssisəsinə mobil operator kimi fəaliyyət göstərmək üçün lisenziya vermişdir. Operatorun əhatə dairəsi 2007-ci ilin sonunadək ölkə ərazisinin 80 faizini təşkil edəcəkdir.
Birgə müəssisənin icracı direktoru Sadıq Hümbətov yeni operatorun nömrələri 200-lə başlayacaqdır. Layihəni uğurla həyata keçirmək məqsədilə alınmış yeni avadanlığın bölgələrdə quraşdırılmasına başlanılmışdır. Hazırda CATEL-in şəbəkəsi Abşeron yarımadasını, Bakı, Sumqayıt şəhərlərini, Gəncə, Şəmkir və Nabranın ərazilərini əhatə edir.