Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

CEFRİ STARR : BÖLGƏNİN SİYASİ, İQTİSADİ VƏ HƏRBİ SABİTLİYİ ABŞ-IN MARAQLARINA DAXİLDİR

Xəzər hövzəsində cərəyan edən hadisələri dünyanın aparıcı dövlətləri narahatlıqla izləyirlər. Iran tərəfinin hərəkətləri  bir sıra dövlətlər tərəfindən pislənilir. Xəzərdə baş verən hadisələrə münasibət bildirən ölkələrdən biri də ABŞ-dır. Dövlət departamentinin mətbuat xidmətinin başçısı Riçard Bauçer bir daha bəyan edib ki, onun ölkəsi Xəzərin təbii ehtiyatlarının beynəlxalq sərmayələr və mövcud razılaşmalar əsasında iqtisadi cəhətdən səmərəli şəkildə işlənilməsi və bölgənin bazaryönlü  iqtisadiyyatının inkişafını dəstəkləyir.

İranın son addımlarına Birləşmiş Ştatların hərbi dairələri də münasibət bildiriblər. Müdafiə nazirinin Avrasiya məsələləri üzrə müavinlərindən biri Cefri Starr AzərTac-ın müxbirinə verdiyi müsahibədə  İranın  Xəzərdəki son hərəkətləri ilə bağlı narazılığını ifadə etmişdir. Pentaqonun yüksək vəzifəli rəsmisi hansısa ölkənin güc tətbiq edərək öz mövqeyini yeritməsini yolverilməz hesab edir. Müdafiə və hərbi əməkdaşlıq üzrə ABŞ-Azərbaycan işçi qrupunun həmsədri Cefri Starr ilə müsahibəni oxuculara təqdim edirik.

         S u a l : Bildiyimiz kimi, ABŞ-Azərbaycan hərbi əlaqələrinin əsası 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin Birləşmiş Ştatlara rəsmi səfəri zamanı müdafiə naziri Uilyam S.Koenlə imzaladığı birgə bəyanatla qoyulmuşdur. Ötən il isə Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin ABŞ-da özünün amerikalı həmkarı ilə görüşündən sonra əməkdaşlığın əsası bir qədər də möhkəmlənmişdir. Bu səfər zamanı müdafiə və hərbi əməkdaşlıq üzrə ikitərəfli işçi qrupu yaradılmışdır. Qrupun ilk görüşü ABŞ-da keçirilsə də, 2000-ci ilin noyabrında Bakıda planlaşdırılan görüş hələ də baş tutmayıbdır. Bunun səbəbi nədir?

        C a v a b : Elə əvvəlcədən deyim ki, ABŞ və Azərbaycan artıq bir müddətdir ki, təhlükəsizlik sahəsində əməkdaşlıq edir və iki ölkənin müdafiə nazirlikləri arasında əlaqələr yaradılmışdır. Vaşinqtondakı bir sıra yüksək vəzifəli şəxslərin Bakıya səfəri olmuş və burada biz ABŞ-Azərbaycan hərbi əməkdaşlığının əsaslarını müzakirə etmişik. Azərbaycan hərbçiləri dəfələrlə tərəfdaşlığın çərçivəsini müəyyənləşdirmək və birgə tədbirlər planını razılaşdırmaq üçün ABŞ-ın Avropa Komandanlığı ilə təmasda olublar. Buna görə deyə bilərəm ki, iki ölkə arasında mükəmməl əməkdaşlıq proqramı yaratmışıq. Amma bu proqrama ABŞ qanunvericiliyi tərəfindən maneələr yaradılır.

ABŞ və Azərbaycan hökumətiləri arasında təhlükəsizlik üzrə işçi qrupu fəaliyyət göstərir və bu qrupların müntəzəm olaraq görüşləri keçirilir. ABŞ tərəfindən bura dövlət və müdafiə departamentlərinin, Azərbaycan tərəfindən isə xarici işlər və müdafiə nazirliklərinin nümayəndələri daxildir. Bu qrup ildə bir dəfə görüşərək təhlükəsizlik sahəsində geniş spektrli məsələləri müzakirə edir, birgə maraqlarımızı, Qafqazda və Xəzər hövzəsində təhlükəsizliyə dair tərəflərin mövqelərini müəyyən edir, məsləhətləşmələr aparır.

Ötən yay nazir Səfər Əbiyevin Vaşinqtona gəlməsini mən ABŞ-Azərbaycan hərbi əlaqələrində mühüm addım kimi dəyərləndirərdim. Bu, həmkarımızın ABŞ-a ilk səfəri idi. Bu səfər zamanı nazirlər arasında şəxsi əlaqələr yaranmış və müdafiə nazirliklərinin əməkdaşlığının əsası qoyulmuşdur. Səfər ərəfəsində mən təklif etdim ki, təhlükəsizlik dialoqunu tamamlamaq üçün hərbi əməkdaşlığa dair işçi qrupu yaradaq. Biz bu ideyanı Azərbaycan hökuməti və  sizin buradakı səfirliyinizlə razılaşdırdıqdan sonra reallaşdırmağa başladıq. İşci qrupunun görüşünə dair sualınıza gəldikdə isə deməliyəm ki, cədvəlimizi tənzimləməkdən başqa heç bir maneə yoxdur. Sadəcə, bildiyiniz kimi,  indi bizim hökumət keçid dövrünü başa çatdırır. Hazırda ikinci görüşün tarixi dəqiqləşdirilir. Amma, sizi inandırıram ki, ABŞ- Azərbaycan hərbi əməkdaşlığındakı irəliləyiş artır. Müxtəlif səviyyələrdə çoxsaylı təmaslar olur. Məsələn, Brüsseldə Avroatlantik Tərəfdaşlıq Şurası çərçivəsində Azərbaycan hərbiçiləri bizim nümayəndələrimizlə müzakirələr aparırlar.

        S u a l:  Cənab Starr, Azərbaycan hərbiçiləri ilə danışıqlarda bölgədəki enerji resursları infrastrukturlarının və xüsusilə də Bakı-Tbilisi-Ceyhan əsas boru kəmərinin təhlükəsizliyinin təmin edilməsi mövzusu da var. İşçi qrupunun Bakı görüşündə bu məsələyə aydınlıq gətiriləcəkmi?

        C a v a b: Neft kəmərlərinin təhlükəsizliyi məsələsi həm ABŞ, həm də Azərbaycan hökuməti ücün böyük əhəmiyyət kəsb edir. Mən bu məsələni  müzakirələrmizdə dəfələrlə qaldırmışam. Bizim müdafiə nazirliyində bu məsələ diqqətlə vəəsaslı şəkildə öyrənilir. Bildiyiniz kimi,  Vaşinqtonda tək biz deyil, bir sıra dövlət agentlikləri Bakı-Ceyhan kəmərinin həm siyasi-iqtisadi, həm də təhlükəsizlik məsələləri üzərində düşünürük. Beləliklə, hazırda biz bir sıra başqa idarələrlə ABŞ hökumətinin bu məsələdə region dövlətlərinin hökumətlərinə və yerlərdə kəmər üzərində işləyən özəl sektor şirkətlərinə nə cür kömək edə biləcəyimizi araşdırırıq. Kəmərin təhlükəsizliyinə dair qərarlar təbii ki, son olaraq, Bakı, Tbilisi və Ankarada çıxarılacaqdır. Amma, şübhəsiz, bu məsələ Vaşinqton-Bakı dialoqunda mühüm maddələrdən birini təşkil edir.   

S u a l: Konqresin 1992-ci ildə qəbul etdiyi 907-ci düzəlişəəsasən müdafiə və hərbi əməkdaşlıq üzrə işçi qrupu fəaliyyətini yalnız hərbi idarənin ictimaiyyət və parlamentləəlaqələri və hərbi məhkəmənin təşkilində kömək istiqamətində qura bilir. Amma bildiyimizə görə, 907-ci düzəlişdə bir sıra istisnalar da mövcuddur. Hərbi sahədə bu istisnalar nəyə icazə verir və hər hansı yeni istisnalara nail olmaq istiqamətində iş görülürmü?

        C a v a b: Mən deyərdim ki, qeyd etdiyiniz sahə Vaşinqtondakı başqa strukturlardakı həmkarlarımızla işimizin ən mühüm hissəsini təşkil edir. 907-ci düzəliş Azərbaycan hökumətinə yardım göstərməkdəəl-qolumuzu bağlayır. Amma doğru bildirdiniz ki, o, bir sıra istisnaları da nəzərdə tutur. Biz humanitar yardım şəklində, kütləvi qırğın silahlarının qarşısının alınması və demokratiya quruculuğu sahələrində ölkənizə kömək edə bilirik. Biz daim bu maddələri diqqətlə araşdırırıq ki, görək mövcud istisnalar əsasında Müdafiə Departamenti rəsmi Baki ilə hansı əməkdaşlıq proqramı qura bilər. Bu arada isə, qarşılıqlı əməkdaşlıq ənənələri yaradırıq. Çünki bir gün 907-ci düzəliş ləğv ediləndə bu ənənələr daha böyük miqyaslı əməkdaşlığın əsası olacaqdır.

Azərbaycanla qurduğumuz münasibətlər sahəsində fəaliyyətimiz hüquqşünaslar tərəfindən diqqətlə öyrənilir ki, qanunvericiliyimizə zidd olmasın. Uzun müddət ərzində fəaliyyət proqramlarını mövcud qanunvericiliyə görə müəyyənləşdirməyimiz uğursuzluqla nəticələnirdi. Dönüş nöqtəsi iki il bundan əvvəl baş verdi. Biz 10 proqram üzrə fəaliyyətimizi müəyyənləşdiririk. Bu proqramlar əlaqələrimizi institutlaşdırmağa imkan verdi. İki il əvvəl demokratiya quruculuğu və humanitar yardım sahələri üzrə istisnalardan istifadə etdik. Onların əsasında təlimlər, minalara qarşı tədbirlər nəzərdə tutduq. Ötən il isə daha böyük irəliləyiş edərək, 21 maddədən ibarət tədbirlər planı müəyyənləşdirdik. İndi bunun çox az olması haqqında danışa bilərik. Amma həqiqət budur ki, 21 tədbir iki il bundan əvvəl əldə etdiyimizdən ikiqat çoxdur. Gələn il bu tədbirlərin sayını mövcud istisnalardan istifadə edərək çoxaltmaq niyyətindəyik. Mən buna böyük ümidlər bəsləyirəm.

        S u a l:  Biz bilirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə bölgəyə səfər edən nümayəndə heyətinin tərkibinə sizin idarənin mütəxəssisləri də daxil idi. Son səfər təəssüratlarını bizimlə bölüşərdinizmi?       C a v a b: Şəxsən mən orada olmasam da, həmkarım nümayəndə heyətinə daxil idi. Qəzetdə onların minadan təmizlənmiş ərazidən sıra ilə keçdiyini əks etdirən şəkili xatırlayıram. Mənim həmkarım o yolu keçənlərdən biri idi. Ümid edirəm ki, apreldə Ki Uestdə və son səfər zamanı aparılan müzakirələr münaqişənin həll olunmasının əsasını qoyacaqdır.   

Bizim rolumuz Minsk qrupunun uğurlu işinə səy göstərməkdən ibarətdir. Minsk qrupunun işi isə, zənnimcə, rəsmi sülhə gətirib çıxaracaq ideyalar və təkliflər üzərində işləmək, Azərbaycan və Ermənistan hökumətləri arasında etimadı artıracaq tədbirlər görməkdir. İşin nəticəsi hər iki tərəfdən güzəştlər və çətin qərarların çıxarılmasını tələb edəcək. Amma Minsk qrupunun işi son qərarı yox, nizamlanmanın əsasını müəyyənləşdirir.

         S u a l : Vaxtaşırı Azərbaycanda bəzi mənbələr ölkədə NATO bazalarının yerləşdirilməsi mövzusunu hallandırırlar. İki həftə bundan əvvəl Xəzər dənizində baş vermiş hadisə və daha sonra İranın təyyarələrinin ölkəmizin hava sərhədini pozması bu müzakirələri təzələdi. ABŞ və NATO  “Sülh naminə tərəfdaşlıq” proqramının 1996-cı ildən fəal iştirakçısı olan Azərbaycana təhlükəsizliyini qorumaq üçün bu proqram çərçivəsində hansı yardımı edə bilər. Və ümumiyyətlə, NATO bazalarının ölkəmizdə yerləşdirilməsi fikrinə Siz  necə baxırsınız?

         C a v a b : NATO-nun üzvü olmayan ölkənin ərazisində NATO bazalarının yerləşdirilməsi nümunəsini xatırlamıram. NATO-nun milli hərbi bazaları var. Məsələn, Almaniyada alman, Böyük Britaniyada ingilis bazaları. NATO əsgərlərinin NATO ölkələrində yerləşdirilməsi də mümkündür. Amma NATO ərazisindən xaricdə baza yerləşdirmək tamamilə yeni anlayışdır. Bu günədək bu məsələ heç yerdə müzakirə olunmayıb və nəzərdə tutulmayıbdır.  Mənə belə gəlir ki, NATO bazasının Azərbaycanda yerləşdirilməsi haqqında danışanlar Azərbaycanı “Sülh naminə tərəfdaşlıq proqramı”na daha yaxından bağlamaq istəyirlər. Amma belə olan halda da, proqram qüvvələrin yerləşdirilməsini nəzərdə tutmur. Yalnız təlimlərin keçirilməsi üçün avadanlığın gətirilməsi mümkündür.

Məsələn, Ukraynada belə hal mövcuddur. Orada yerləşdirilən avadanlıq bir-iki həftəlik təlim proqramları üçün istifadə olunur. Ümumiyyətlə, bildiyiniz kimi, ABŞ dünyada hərbi qüvvələrini yerləşdirməyi azaldıbdır. Onlar da əsasən, sülhsevər missiyanı daşıyır.

Sualınızın İranla bağlı hissəsinə aid isə demək istəyirəm ki, ABŞ baş verən hadisələrdən çox narahatdır. Xəzərin demarkasiyası ilə bağlı həll edilməyən bir sıra məsələlər var. Bu, region dövlətləri tərəfindən həll edilməli məsələ olduğundan, ABŞ hər hansı mövqedən çıxış edə bilməz. Amma, hesab edirik ki, demarkasiya, neft və qaz yataqlarının kəşfiyyatı və sairə ilə bağlı məsələlər dincliklə həll edilməlidir. Hansısa ölkənin güc vasitəsi ilə öz mövqeyini yeritməsi ABŞ-ı narahat edir.

         S u a l : Bəzi qərb təhlilçiləri Xəzər hövzəsində baş verən son hadisələri – İranla insidenti, Türkmənistan-Azərbaycan danışıqlarının baş tutmamasını, Gürcüstan prezidenti Eduard Şevardnadzenin Bakıya səfərinin təxirə salınmasını uzlaşdıraraq, bunun Qərb sərmayəçilərinin bölgədən uzaqlaşdırılmasına xidmət etdiyi fikrindədilər. AbŞ hökuməti Xəzərdə sənaye maraqlarının qorunması üçün nə etməyə hazırdır? Sizcə sabah gəlir götürmək üçün bu gün nə qədər xərcləmək lazımdır?

C a v a b: Çox mürəkkəb sualdır. Xatırladım ki, Amerika sənayesinin təbiiehtiyatların kəşfiyyatı və işlənilməsində iştirakını nəzərdə tutan sazişləri yerli dövlətlər  şirkətlərlə bağlayırlar. Bu sazişlər Amerika hökuməti tərəfindən həyata keçirilmir. Amma bölgənin siyasi, iqtisadi və hərbi sabitliyi Amerikanın maraqlarına daxil olan məsələdir. Məncə, bu sahələr Amerika hökumətinin yerli dövlətlərlə və bölgədə marağı olan  digər dövlətlərlə məsləhətləşmələrinin və təhlükəsizlik rejiminin müəyyənləşdirilməsinin əsasını qoya bilər. Ona görə ABŞ hökuməti ölkənin sənaye maraqlarının qorunması üçün nə edir? sualı bizim niyyətlərimizin hamısını əhatə etmir. Enerji ehtiyatlarının kəşfiyyatı,hasilatı və dünya bazarına çıxarılmasına yardım etmək niyyətindəyik. Bundan təkcə Amerika şirkətləri və qərb bazarları deyil, bölgə ölkələri də fayda götürəcəklər. İqtisadi inkişafdan əlavə, sosial irəliləyiş də baş verəcəkdir.

        S u a l: Bəzi mənbələr ABŞ-ın müdafiə naziri Donald Ramsfeldin regiona səfəri haqqında xəbər yayıblar. Nazirin Azərbaycana getmək niyyəti varmı?

        C a v a b: Xəbər doğrudur. Biz hazırda Donald Ramsfeldin bölgəyə səfərinin vaxtını müəyyənləşdiririk. Bildiyimiz kimi, o, bu ay Rusiyaya səfər edəcəkdir. Məlumdur ki, müdafiə naziri Qafqaza və ABŞ-Azərbaycan hərbi əlaqələrinin genişləndirilməsinə şəxsən maraq göstərir. Bu, nazir Ramsfeldin səfəri bölgənin ölkəmizin əsas maraq dairəsində olduğunun daha bir nümunəsidir.

                                                      

                                                      Şəfəq Akifqızı          

                                               AZƏRTAC-ın xüsusi müxbiri

        Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir