İQTİSADİYYAT


CEYHANDAN XƏZƏR NEFTİ İLƏ DOLU 100-CÜ TANKER YOLA SALINMIŞDIR

bp-dən AZƏRTAC-a bildirmişlər ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan terminalına vurulan neftlə yüklənmiş 100-cü gəmi yola salınmışdır. “Nok Şin” adlanan bu tankerə 1 milyon barreldən çox neft yüklənmişdir.
Son bir neçə gündə BTC-də bir sıra digər nailiyyətlər də əldə edilmişdir. Fevralın 5-də kəmərlə 600 min barreldən çox neft nəql olunmuşdur. Bu, indiyədək ən yüksək gündəlik göstəricidir. Ceyhan terminalına 2 milyon barrel tutumu olan ilk tanker yan almışdır. BTC sisteminin ötürücülüyü artdıqca, terminala belə tankerlərin müntəzəm gəlməsi gözlənilir.
BTC-nin direktoru və bp-nin qurudakı istismar əməliyyatları üzrə vitse-prezidenti Rəşid Cavanşirin dediyinə görə, bu uğurlar təsdiq edir ki, BTC-nin dünya bazarlarına gündə bir milyon barrel neft ixrac etməsinə az vaxt qalmışdır.
Keçən il mayın axırında kəmərin neftlə doldurulması başa çatdıqdan sonra nasos stansiyaları işə salındıqca, BTC-nin ötürücülük gücü ardıcıl olaraq artmışdır. 2006-cı ilin iyun ayında Ceyhandan neftlə yüklənmiş ilk tanker yola salınandan bəri kəmərlə 73 milyon barrel (9,8 ton) xam neft ixrac olunmuşdur. Bu boru kəməri ilə hazırkı neft ixracı nəzərdə tutulan göstəricini qabaqlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.