Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

CEYHAN ŞƏHƏRİNDƏ TƏNTƏNƏLİ MƏRASİM KEÇİRİLMİŞDİR

İyunun 7-də Türkiyənin Ceyhan şəhərində Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin inşası ilə əlaqədar təntənəli mərasim keçirilmişdir. Azərbaycan Prezidenti Heydər Əliyevin memarı olduğu Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin tikintisində daha bir addım atıldı. Azərbaycan, Gürcüstan və Türkiyədən keçəcək 1760 kilometr uzunluğunda neft kəmərinin Ceyhan bölümündəki ilk boruların bir–birinə qaynaq olunması təntənəli mərasimlə tarixləşdirildi. Tədbir neft kəmərinin Türkiyə ərazilərindəki üç inşaat sahəsindən biri olan Ceyhandakı dəniz terminalının 1,5 kilometrliyindəki LOTC tikinti sahəsində keçirildi. Mərasimdə Türkiyənin BOTAŞ şirkətinin Bakı-Tbilisi-Ceyhan Layihə Direktorluğunun rəhbərləri, inşaat işlərini həyata keçirən Punj Lioyd-Limak şirkətinin nümayəndələri, LOTC tikinti sahəsinin məsul işçiləri iştirak etmişlər. Bu mərasimlə kəmərin Türkiyədəki 245 kilometrlik hissəsinin tikintisi başlanmış oldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin