ÇƏNNƏB KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI
AzerTAg.az
Ordubad rayonunun dağlıq Çənnəb kəndində 200 yerlik ikimərtəbəli yeni məktəb binası istifadəyə verilmişdir.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə keçirilmiş mərasimdə çıxış edənlər demişlər ki, Ordubadda son 6 ildə 2460 yerlik 7 yeni məktəb binası tikilib istifadəyə verilmiş, 2 məktəb binasında əsaslı təmir işləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov kənd camaatını, müəllim və şagirdləri, valideyinləri yeni məktəb binasının açılışı münasibətilə təbrik etmiş, birinci sinif şagirdlərinə məktəbli çantaları bağışlamışdır.
Mərasim iştirakçıları məktəbin işıqlı sinif otaqlarına, kitabxanasına, kompüter və hərbi kabinələrə, idman zalına, tibb məntəqəsinə baxmışlar.
Xəbərin mətnində orfoqrafik səhv var