İDMAN
“ÇELSİ”NİN MALİYYƏ İTKİLƏRİ ABRAMOVİÇİ NARAHAT ETMİR
Komandanın icraçı direktoru Piter Kenyon demişdir: “Abramoviç uzunmüddətli perspektivdə hansı istiqamətdə getdiyimizi və yaxın vaxtlarda nə kimi addımlar atacağımızı da yaxşı bilir”.
2005-ci ildə “Çelsi”nin zərəri 140 milyon funt-sterlinq olmuşdur ki, bu da ingilis futbolu tarixində rekord məbləğdir. Lakin Kenyon təkid edir ki, bütün işlər plan üzrə gedir və rekord məbləğdə zərər klubun “ayrı-ayrı zəruri xərcləri” ilə bağlı idi. Məsələn, “Çelsi” sponsorluq müqaviləsinə xitam verdiyinə görə, “Umbro” şirkətinə 25,5 milyon funt-sterlinq ödəməli olmuşdur.
İcraçı direktorun fikrincə, klub “zərərlə işləməyə” 2009-2010-cu illər mövsümünədək son qoyacaqdır. Bir də ona görə ki, gələcəkdə komanda digər klublardan futbolçular alınmasına daha az vəsait xərcləyəcəkdir.
Xatırladaq ki, “Çelsi” transferlərin haqqını ödəmək üçün Abramoviçin üst-üstə 265 milyon funt-sterlinq məbləğində pulundan istifadə etmişdir. Bu isə ona İngiltərə çempionu olmağa imkan vermişdir.