SİYASƏT


ÇEXİYADA TƏKRAR PREZİDENT SEÇKİLƏRİ FEVRALIN 28-DƏ KEÇİRİLƏCƏK

Rusiyanın “Novosti” agentliyi xəbər verir ki, Çexiyada təkrar prezident seçkiləri fevralın 28-də parlamentin hər iki palatasının birgə iclasında keçiriləcəkdir. 

Bu qərar bütün parlament partiyaları liderlərinin fevralın 6-da keçirilmiş məsləhətləşmələrindən sonra qəbul edilmişdir.

Parlament üzvləri yanvar ayı ərzində artıq iki dəfə dövlətin yeni başçısını seçməyə çalışmışlar. Lakin fevralın 2-də öz vəzifəsini tərk edən Vatslav Havel “varissiz” qalmışdır.

Prezident seçkilərinin üçüncü dövrəsində dövlət başçısı vəzifəsinə keçmiş baş nazir, Çexiya Vətəndaş Demokrat Partiyasının fəxri sədri Vatslav Klaus yenə də səsə qoyulacaqdır. Hakim koalisiyaya daxil olan üç siyasi partiyanın nümayəndələri vahid namizəd irəli sürməyə çalışacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.