RƏSMİ XRONİKA
Ç.H.SADIXOVA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRDİ TƏQAÜDÜNÜN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Xarici ölkələrdə yaşayan soydaşlarımız arasında Azərbaycan mədəniyyətinin təbliğindəki böyük xidmətlərinə görə Çingiz Hacı oğlu Sadıxova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 oktyabr 2006-cı il.