REGİONLAR


“ÇİNAR” KƏNDLİ-FERMER TƏSƏRRÜFATININ UĞURLARI

Yevlax rayonundakı “Çinar” kəndli-fermer təsərrüfatı 8 ildir ki, yaradılmışdır. Təsərrüfata pambıq ustası - Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman ana, Prezidentin fərdi təqaüdçüsü Şamama Əliyeva rəhbərlik edir.

Bütün şərəfli ömrünü torpağa bağlayan Şamama Əliyeva AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, hələ 1988-ci ildə ailə podratı ilə işləməyə başlamışıq. Respublikamızda kiçik və orta sahibkarlığın inkişafına qayğı torpaq sahiblərinə də böyük imkanlar açmışdır. Hər il bol pambıq və taxıl məhsulu götürürük. Təsərrüfatın başqa sahələrində də nailiyyətlərimiz çoxdur. Məhsul istehsalı çoxaldıqca güzəranımız da yaxşılaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.