ÇİNDƏ AZƏRBAYCANLILARIN SOYQIRIMI İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR
AzerTAg.az
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, ölkəmizin Çindəki səfirliyində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar burada yaşayan və təhsil alan soydaşlarımızın iştirakı ilə tədbir keçirilmişdir.
Əvvəlcə, soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir. Səfir Yaşar Əliyev Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımı ilə əlaqədar xalqımıza müraciətini oxumuş, ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasəti ilə bağlı tarixi həqiqətlərdən danışmışdır.
Səfirlik, bundan əlavə, azərbaycanlıların soyqırımı günü ilə əlaqədar hazırlanmış məlumatları Çinin Xarici İşlər Nazirliyinə, ölkədə fəaliyyət göstərən yerli və xarici KİV-lərə göndərmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var