İQTİSADİYYAT
ÇİNDƏ GÖMRÜK ƏMƏKDAŞLIQ KOMİTƏSİNİN BEYNƏLXALQ SEMİNARI KEÇİRİLMİŞDİR
Çin Xalq Respublikasının Urumçi şəhərində Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Gömrük Əməkdaşlıq Komitəsinin GƏK beynəlxalq seminarı keçirilmişdir.
Dövlət Gömrük Komitəsindən bildirmişlər ki, Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Monqolustanın üzv olduğu GƏK-in bu seminarı "Riskin idarə edilməsi və girişdən sonra gömrük xidməti" mövzusuna həsr olunmuşdur.
Ümumdünya Gömrük Təşkilatının və Asiya İnkişaf Bankının mütəxəssislərinin də qatıldığı tədbirdə Azərbaycanda gömrük işinin və xarici ticarətin səmərəliliyinin, nəzəri biliklərin artırılmasının, müasir informasiya texnologiyalarının və risklərin idarə edilməsinin araşdırılması üçün konkret işlərin görüldüyü vurğulanmış, müzakirəyə çıxarılan məsələyə dair geniş fikir mübadiləsi aparılmışdır.
Yekunda iştirakçılara sertifikat verilmişdir.