DÜNYA
ÇİNDƏ İNSANABƏNZƏR ROBOTLARIN OLİMPİADASI BAŞLANMIŞDIR
Bakı, 21 iyun ( AZƏRTAC). İyunun 21-də Çinin şimal-şərqində yerləşən Harbin şəhərində bəşər tarixində ilk dəfə olaraq insanabənzər robotların olimpiadası başlanmışdır. Çin, Cənubi Koreya, ABŞ və Yaponiyadan gənc istedadların hazırladıqları idmançı-androidlər yüngül atletika, futbol, voleybol, boks, habelə barabançalma və rəqs üzrə yarışırlar.
Harbin Texnologiya Universitetinin meydançasında keçirilən yarışlarda tələbələrin hazırladıqları məsafədən pultla idarə olunandan tutmuş, tam müstəqıl hərəkət edən insanabənzər maşınlara qədər robotlar yarışların proqramına daxil edilmış 24 növ üzrə mübarizə aparır.
Olımpiadanın keçirilməsinin təşəbbüsçüsü Harbin Texnologiya Universitetinin professoru Xun Binjun ümid edir ki, heç yarım əsr keçməyəcək, insanla robot arasında olimpiya yarışlarının təşkili reallığa çevriləcəkdir. İndiki olimpiyaçı-robotlar ölçüsü 20-50 santimetrə bərabər olan oyuncaqları xatırladır və onların hazırlanması gənc mütəxəssislərə minlərlə dollara və bir çox aylar müddətində gərgin zəhmətə başa gəlir. Olimpiada üç gün davam edəcək və iyunun 23-də yekunlaşacaq, ən yaxşı robotlar və onların yaradıcıları mükafatlandırılacaqlar. Olimpiadanın ənənəvi olaraq hər il keçiriləcəyınə ümid bəslənilir.