ÇİNDƏ KÖMÜR MƏDƏNİNDƏ SON 10 İLDƏ ƏN DƏHŞƏTLİ PARTLAYIŞ BAŞ VERMİŞDİR
AzerTAg.az
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Çinin Şensi əyalətində kömür şaxtasında qaz partlaması nəticəsində 166 nəfər həlak olmuşdur. Bunu son anadək yerin altında sağ qalmış adamları çıxarmağa çalışan xilasetmə xidmətinin nümayəndəsi bildirmişdir.
Bu, son 10 il ərzində Çinin kömür mədənlərində baş vermiş ən faciəli hadisədir. Noyabrın 28-də faciə baş verən zaman mədəndə 293 fəhlə olmuşdur. Onların 120 nəfərindən çoxu xilas ola bilmiş, ağır bədən xəsarəti almış 45 nəfəri isə xəstəxanalara qoyulmuşdur.
Müəssisə əməkdaşlarının fikrincə, faciə heç də gözlənilməz olmamışdır. Fəhlələrdən biri demişdir ki, hadisədən 6 gün əvvəl şaxtada yanğın baş vermiş və əslində, partlayışadək davam etmişdir. Buna baxmayaraq, yerin altında işlər dayandırılmamışdır.
Xəbərin mətnində orfoqrafik səhv var