DÜNYA


ÇİNDƏ TƏYYARƏ QƏZASI

“Çin şimal hava yolları” aviaşirkətinin verdiyi məlumata görə, ölkənin Dalyan şəhəri yaxınlığında qəzaya uğramış təyyarənin 112 sərnişinindən heç biri sağ qalmamışdır. 

Xilasediçilər MD-82 təyyarəsinin düşdüyü Lyaodun yarmadası sahilləri yaxınlığında dənizdə 70-dən çox sərnişinin meyitini tapmışlar. Güman edilir ki, qəzaya təyyarədə yanğın baş verməsi səbəb olmuşdur. Pilot həlak olmazdan əvvəl bu barədə məlumat verə bilmişdir.

Təyyarənin qəzaya uğradığı yerdə “qara qutu” axtarılır. Xilasetmə işlərində çoxlu gəmi, o cümlədən 10 hərbi gəmi iştirak edir.

İTAR-TASS xəbər verir ki, xüsusi komissiya “Çin şimal hava yolları” şirkəti təyyarələrinin texniki vəziyyətini yoxlamağa başlamışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.