İDMAN
ÇİNİN ƏN NÜFUZLU MƏŞHURLARININ SİYAHISINDA BİRİNCİ YERİ BASKETBOLÇU YAO MİN TUTUR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, “Forbes” jurnalının tərtib etdiyi Çinin ən nüfuzlu məşhurları siyahısında birinci yeri basketbolçu Yao Min tutur. Milli Basketbol Assosiasiyasının “Hyuston Rokets” klubunun heyətində çıxış edən idmançının ötən il gəliri 32,5 milyon dollar təşkil etmişdir.
İkinci yeri 110 metr məsafəyə qaçış üzrə olimpiya çempionu Lyu Syan tutmuşdur. Onun illik gəliri 7,2 milyon dollardır.
Lakin “Forbes” jurnalının əməkdaşları yalnız var-dövlətin qədərini deyil, bütün kütləvi informasiya vasitələrində tez-tez xatırladılmasına görə populyarlıq dərəcəsini də müəyyən etmişlər.
Üçüncü və dördüncü yerlərə Çin kino sənayesinin nümayəndələri rejissor Çjan İmou və aktrisa Çjan Szıi sahib olmuşlar.
“Forbes” jurnalının Çində bu siyahını tərtib etdiyi 4 il ərzində orada birinci yeri daim Yao Min tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]