İDMAN
ÇİNİN İKİ KLUBU ZİNƏDİN ZİDANA MÜQAVİLƏ BAĞLAMAĞI TƏKLİF ETMİŞDİR
AZƏRTAC xarici idman nəşrlərinə istinadla xəbər verir ki, Çinin “Çançun Yatai” və “Pekin Quoan” klubları Fransa yığmasının yarımmüdafiəçisi Zinədin Zidana onlarla müqavilə bağlamağı təklif etmişlər. Fransa milli komandasının heyətində Almaniyada dünya çempionatında çıxış edəcək Zidan bundan əvvəl bildirmişdi ki, idman karyerasını başa çatdırmaq niyyətindədir.
Lakin Çin çempionatının güclülər dəstəsində yarışan klubların sərfəli müqavilələri onu futbolda daha bir mövsüm qalmağa sövq edə bilər. Hər halda, o, həmin klublara qəti şəkildə yox cavabı verməmişdir. Bununla yanaşı, futbolçunun ailəsinin Çinə getmək istəməməsi başlıca problem ola bilər.
Zidanın son vaxtlaradək oynadığı Madridin “Real” klubu ilə “Pekin Quoan” arasında yaxşı əlaqələr var. Mütəxəssislərin fikrincə, bunun Zidanla danışıqlarda pekinlilərə çox köməyi dəyər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]