DÜNYA
ÇİNLİLƏR XOR OXUMAQDA REKORD VURMAQ İSTƏYİRLƏR
AZƏRTAC Frans Press Agentliyinə istinadla xəbər verir ki, 2000-dən çox çinli nəğmə marafonunda iştirak etmək üçün qarşıdakı istirahət günlərində Çanşa şəhərində toplaşacaqdır. Ölkənin xor həvəskarları Ginnessin Kitabı üçün yeni rekord vurmaq istəyirlər.
Tədbirin iştirakçıları bazar günündən cümə gününədək 116 saat fasiləsiz oxumağı planlaşdırırlar. Əsas məqsəd 100 saatlıq ən uzun xor mahnısı üzrə mövcud rekordu təzələməkdir.
“Ginnessin Rekordlar kitabı”nın iqamətgahında bu tədbir üçün ciddi qaydalar qoymuşlar. Hər iştirakçı mahnıları əvvəlindən axrına kimi oxumalı və kompozisiyalar iki saat ərzində təkrarlanmamalıdır. Həmçinin tələb edilir ki, mahnılar arasında fasilə 30 saniyədən artıq olmamalıdır. Bundan əlavə, marafonu peşəkarlar və notariuslar izləməlidirlər. Alınan nəticəyə məhz onlar şahidlik etməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]