MƏDƏNİYYƏT
ÇİN FİLMLƏRİ HƏFTƏSİ BAŞLANMIŞDIR
Aprelin 1-də “Azərbaycan” kinoteatrında Azərbaycanda Çin filmləri həftəsinin açılışına həsr edilmiş mərasim keçirilmişdir.
Mərasimdə Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi Rasim Balayev, Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çjan Siyun çıxış etmişlər. Çin səfiri mərasimə toplaşanları təbrik edərək bildirdi ki, bu tədbir Azərbaycan-Çin münasibətlərinin inkişafına və möhkəmlənməsinə, habelə ölkələrimizin mədəniyyətlərinin yaxınlaşması işinə sanballı töhfədir. Cənab Çjan Siyun dedi: Çin kinematoqrafı dərin kökləri və şanlı ənənələri var. Sevindirici haldır ki, indi Azərbaycan tamaşaçısı da Çin kino ustalarının yaradıcılığı ilə yaxından tanış olmaq imkanı qazanmışdır.
Sonra Çin kinomatoqrafçılarının çəkdiyi “Mənim valideynlərim” rəngli bədii filmi nümayiş etdirildi. Filmdə kənd müəlliminin ailəsinin mürəkkəb həyat yolundan söhbət açılır. Filmin rejissoru tanınmış kino ustası, bir çox beynəlxalq kinofestivalların mükafatçısı Çjan İmoudur. Baş rollarda Çin aktyorları Çjan Tszın, Sun Xunley və Çjen Xao çəkilmişlər. Film 1998-ci ildə Berlində keçirilmiş 50-ci beynəlxalq kinofestivalının “Gümüş ayı”mükafatına layiq görülmüşdür.
Həftə ərzində tanınmış Çin rejissorlarının müxtəlif filmləri nümayiş etdiriləcəkdir.