İQTİSADİYYAT
ÇKALOV ADINA AVİASİYA İSTEHSALAT BİRLİYİ AZƏRBAYCANA TƏYYARƏLƏR SATACAQ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Daşkənddəki Çkalov adına Aviasiya İstehsalat Birliyində 2003-cü ilin yekunları ilə bağlı keçirilən yığıncaqda baş direktor Vadim Kuçerov bildirmişdir ki, Azərbaycana üç İl-76 TD və İl-76 TF markalı yük, İl-114 markalı üç sərnişin təyyarəsi satılacaqdır. Onun sözlərinə görə, təyyarələrin satışı lizinq yolu ilə həyata keçiriləcəkdir. O qeyd etmişdir ki, bundan başqa İstehsalat Birliyində Azərbaycanın İl-76 tipli yük təyyarələri təmir ediləcək və bunlara ehtiyat hissələri göndəriləcəkdir.
Xatırladırıq ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda səfərdə olarkən “Azərbaycan hava yolları” Dövlət Konserni və Çkalov adına Daşkənd Aviasiya İstehsalat Birliyi arasında niyyət memorandumu imzalanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:03]
“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]