ÇÖXNÖVÇÜLÜYÜN QALİBİ OLMUŞLAR
“Vətənin müdafiəsinə hazıram” devizi altında poliatlan çoxnövçülüyü üzrə respublika çempionatının Astara rayonunda keçirilən final mərhələsi başa çatmışdır.
12 komandanın qalib adı uğrunda mübarizə apardığı final yarışlarında Astara rayonunun yığma komandası 1-ci, İsmayıllı rayonunun çoxnövçüləri 2-ci, şəmkirlilər isə 3-cü yeri tutmuşlar. Şəxsi birincilikdə astaralı idmançılardan Şəbnəm Əhmədova və Ramin İbrahimov qızıl, Bəsirə Hidayətova gümüş, Aqşin İsayev və Sədaqət Abbasova isə bürünc medallara sahib olmuşlar.
Qaliblər Respublika Gənclər, İdman və Turizm Nazirliyinin diplomları və qiymətli hədiyyələri ilə təltif olunmuşlar.