DÜNYA
ÇUĞUNDUR ŞİRƏSİ DOPİNQİ ƏVƏZLƏYİRMİ?
Bakı, 21 may (AZƏRTAC). Ekseter Universiteti (Böyük Britaniya) alimlərinin gəldikləri qənaətə görə, çuğundur şirəsi insanın dözümlülüyünü artırır, əzələlərinin enerjisinə qənaət edir.
Tədqiqatçılar bundan əvvəl aydınlaşdırmışlar ki, çuğundur şirəsi içən idmançılar fiziki yükdən daha az yorulurlar. Ona görə də məşğələlərin müddətini 16 faiz artıra bilirlər. Çuğundur şirəsinin faydalı təsiri müntəzəm məşqlərdə özünü daha yaxşı büruzə verir.
Tədqiqatlar göstərmişdir ki, çuğundur şirəsi içdikdən sonra qanda nitratın miqdarı ikiqat artmış, əzələlərin əsas enerji mənbəyindən – adenozintrifosfatdan istifadə sürəti azalmışdır. Nəticədə tədqiqat obyektlərinin əzələləri daha səmərəli işləmiş və az oksigen udmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]