ÇXR Cənubi Çin dənizində hərbi təlimlərə başlayıb
AzerTAg.az
Bakı, 29 iyul, AZƏRTAC
Çin Xalq Respublikası cümə günü Cənubi Çin dənizinin dörd bölgəsində hərbi təlimlərə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Dəniz Təhlükəsizliyi Administrasiyasının saytında dərc edilən məlumatda bildirilir.
Qurumun məlumatına görə, təlimlər Cənubi Çin dənizinin Quandun və Haynan əyalətləri akvatoriyasında yerləşən dörd bölgədə keçiriləcək. Təlimlərin məqsədi, eləcə də cəlb olunan qüvvə və vasitələr barədə məlumat verilmir.
Eyni zamanda, NBC telekanalının öz mənbələrinə istinadla verdiyi məlumata görə, ABŞ Konqresinin nümayəndələr palatasının spikeri Nensi Pelosinin başçılıq etdiyi amerikalı qanunvericilərdən ibarət nümayəndə heyəti cümə günü Asiya turuna başlayacaq. Amerika nümayəndə heyətinin Tayvana mümkün səfəri ilə bağlı hələ qərar verilməyib. Lakin Pekin Vaşinqtona dəfələrlə xəbərdarlıq edib ki, bu səfər baş tutacağı təqdirdə nəticəsiz qalmayacaq və Çin sərt cavab tədbirlərinə əl atacaq.

Xəbərin mətnində orfoqrafik səhv var