İQTİSADİYYAT


Çabahar-Zahidan dəmir yolu Hindistanla Rusiyanın ticarət əlaqələrinin inkişafına böyük töhfə olacaq

Tehran, 11 iyul, AZƏRTAC

Çabahar-Zahidan dəmir yolu xətti Hindistan ilə Rusiya arasında ticarət əlaqələrinin inkişafına böyük töhfə olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Dövlət Dəmir Yolları İdarəsinin rəisi Səis Rəsuli deyib. O bildirib ki, Çabahar limanının yükaşırma imkanlarının 2,5 milyon tondan 8,5 milyon tona yüksəldilməsi dəmir yolu çəkilişini zərurətə çevirmişdi. Gələcəkdə Çabahar-Zahidan dəmir yolu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan dəmir yolu xəttinə birləşəcək.

Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin daxil olan əsas yol Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yoludur. Bildiyimiz kimi, bu yolla yüklər İrandan Azərbaycana, buradan isə Rusiya və Avropaya daşınacaq. Çabahar limanından Zahidana çəkiləcək dəmir yolunun İranın dəmir yollar sisteminə qoşulması onu deməyə əsas verir ki, Hindistandan Rusiya və Avropaya, eləcə də əks istiqamətə daşınacaq bütün yüklər Azərbaycan üzərindən keçəcək.

İran artıq rəsmi şəkildə bildirir ki, Cənub-Şərqi Asiya ölkələrindən Çabahar limanına daxil olan yüklər Azərbaycan üzərindən Rusiya və Avropaya daşınacaq.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.