HEYDƏR ƏLİYEV - 100


“Çağdaş Azərbaycan gəncliyi üçün Heydər Əliyev Fenomeni” – dəyirmi masa

Bakı, 31 yanvar, AZƏRTAC

Yanvarın 31-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Çağdaş Azərbaycan gəncliyi üçün Heydər Əliyev Fenomeni” mövzusunda dəyirmi masa təşkil edilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, “Heydər Əliyev və Azərbaycan” adlı layihə çərçivəsində reallaşan tədbir ölkə başçısının 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq keçirilib.

Ulu Öndərin zəngin və çoxşaxəli irsinin gənclər və yeniyetmələr arasında təbliği məqsədilə təşkil olunan dəyirmi masanın əhəmiyyətindən danışan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Milkayılova tədbir iştirakçılarını muzeyin fondunda qorunan və dahi siyasətçinin ictimai-siyasi fəaliyyətini təcəssüm etdirən eksponatlar əsasında hazırlanan videoçarxa baxmağa dəvət etdi.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir çərçivəsində qonaqlar Ulu Öndərə həsr edilmiş müxtəlif məruzələr dinləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.