ELM VƏ TƏHSİL


“Çağdaş poeziya və folklor” monoqrafiyası nəşr edilib

Bakı, 20 aprel, AZƏRTAC

Folklor İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, şair, dramaturq Nizami Muradoğlunun “Çağdaş poeziya və folklor” monoqrafiyası “Elm və təhsil” nəşriyyatı tərəfindən çap edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada müstəqillik dövrü Azərbaycan poeziyasının folklor qaynaqları elmi-nəzəri cəhətdən araşdırılıb, qazanılmış bilgilər sistemləşdirilib. Kitabdan folklor və yazılı ədəbiyyat problemlərinin tədqiqatı zamanı və ali təhsil müəssisələrinin filologiya fakültələrində dərs vəsaiti kimi istifadə etmək olar. Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilən kitabın elmi redaktoru akademik İsa Həbibbəylidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.