İDMAN


Çağırış kuboku yarışı: “Murov” klubu “Orion”a qarşı

Çağırış kuboku yarışı: “Murov” klubu “Orion”a qarşı

Bakı, 1 dekabr, AZƏRTAC

Kişi voleybolçulardan ibarət “Murov” klubu bu gün Çağırış kuboku yarışında növbəti oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, komanda səkkizdəbir final mərhələsinin ilk oyununda Niderland təmsilçisi “Orion”la üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab görüşü dekabrın 15-də Bakıda olacaq.

Qeyd edək ki, “Murov” 1/32 finalda Xorvatiyanın “Kitro Varazdin”, növbəti mərhələdə isə Avstriyanın “UVC Qraz” komandasını mübarizədən kənarlaşdırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.