REGİONLAR


Çağırışçı gənclər hərbi xidmətə yola salınıblar

Naxçıvan, 6 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Naxçıvan şəhər təşkilatının sədri Firudin Süleymanov və Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan şəhər şöbəsinin sədri Zahid Cəfərov çıxış edərək, hərbi xidmətə yola salınan gənclərə uğurlar arzulayıblar.

Valideyn Qiyami Qədimov çağırışçı gənclərə xoş arzularını çatdırıb.

Çağırışçılar adından çıxış edən Əli İbrahimbəyli Vətənə xidmət etməyin onlar üçün ən ali borc olduğunu bildirib, bu borcu şərəflə yerinə yetirəcəklərinə söz verib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov çıxışında qeyd edib ki, orduda xidmət etmək Vətənə xidmətdir. Xalq-ordu birliyi imkan verir ki, biz müstəqilliyimizi daha inamla qoruyaq.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəisi, polkovnik Elxan Əliyev çıxış edərək bildirib ki, Azərbaycan dövləti inkişaf etdikcə, qüdrətləndikcə ordumuz da güclənir. Bu gün yüksək döyüş hazırlığına malik olan Silahlı Qüvvələrimiz regionun ən güclü ordusu hesab edilir. Ötən ilin aprel döyüşlərində ordumuz bunu təkcə işğalçı Ermənistan ordusuna deyil, bütün dünyaya nümayiş etdirdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.