ORDU
Çağırışçıların hərbi hissələrə qəbulu prosesi davam edir
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq iyulun 30-dək ölkə vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sənədə əsasən 2001-ci ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olmuş, habelə 1984-2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, çağırışdan möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları hərbi xidmətə çağırılır.
Hazırda çağırışçıların hərbi hissələrə qəbulu prosesi davam edir.