MƏDƏNİYYƏT


Çanaqqala Troya Muzeyi Beynəlxalq Muzeylər Günündə Avropada təmsil olunacaq

Bakı, 18 may, AZƏRTAC

Beynəlxalq Muzeylər Günündə bu il Türkiyənin Çanaqqala Troya Muzeyi də təmsil olunacaq.

AZƏRTAC xəbər verir ki, Avropa Şurası, UNESCO və Beynəlxalq Muzeylər Şurası tərəfindən təşkil edilən bu tədbir mayın 18-də keçiriləcək. Bu barədə Troya Muzeyinin direktoru Rıdvan Gölcük məlumat verib.

Türkiyə 17 ildir bu tədbirdə iştirak edir. Muzeyin bağçasındakı zeytun bağında “Troya” əfsanəsi və “İlliada” dastanından səhnələr Troya Muzeyi 3D xəritəçəkmə görüntüsü ilə ilk dəfə seyrçilərə təqdim olunacaq. Daha beş görüntü isə ilboyu xüsusi gecələr təşkil edilərək iştirakçıların ixtiyarına veriləcək.

Qeyd edək ki, mayın 18-də keçirilən Beynəlxalq Muzeylər Günündə əksər ölkələrdəki muzeylər gün boyu ziyarətçilər üçün açıq olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.