SİYASƏT


Çau Çak Vinq: IX Qlobal Bakı Forumu öz nailiyyətlərinə görə həm səmərəli, həm də təqdirəlayiq oldu

Bakı, 18 iyun, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Dərnəyinin həmsədri, Avstraliya-Çin Dostluq və Mübadilə Assosiasiyasının prezidenti, Kingold Qrupunun təsisçisi və sədri Çau Çak Vinq “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun iştirakçılarına videomüraciət ünvanlayıb.

AZƏRTAC videomüraciəti təqdim edir:

“Dəyərli qonaqlar, xanımlar və cənablar.

Hər birinizi IX Qlobal Bakı Forumunda yenidən görməyə şadam. Ötən üç gün ərzində “Qlobal dünya nizamına təhdidlər”ə diqqət yetirərək, bütün iştirakçılar qlobal təhlükəsizlik, qlobal idarəetmə, iqlim dəyişikliyi, multilateralizm, elmi və texnoloji yeniliklər barədə geniş müzakirələr apardılar. Bundan əlavə, gələcək pandemiyalara insanların cavab verməsi imkanlarının artırılmasına dair konstruktiv fikir və təkliflər səsləndirildi. Bu Forum öz nailiyyətlərinə görə həm səmərəli, həm də təqdirəlayiq oldu.

Dünyamız tarixin kəsişmə anında dayandığı bir dövrdə bütün üzvlər tərəfindən irəli sürülən dəyərli fikirlər dünyanın idarə edilməsində önəmli rol oynayır. Ümid edirəm ki, biz birləşərək dünyanı sülh və inkişaf yoluna çıxara bilərik.

Forumun təşkilinə göstərdiyi yüksək diqqət və qayğıya görə Zati-aliləri, Azərbaycan Prezidenti İlham Əliyevə ən dərin ehtiramlarımı ifadə etmək istəyirəm. Həmsədrlər Vayra Vike-Freyberqa və İsmail Serageldinə uğurlu fəaliyyətlərinə görə səmimi təbriklərimi çatdırır, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün əməkdaşlarına və dostlarına bu Forumun təşkilindəki birgə səylərinə görə təşəkkür edirəm. Sizin dəstəyinizlə IX Qlobal Bakı Forumu bu cür uğura imza atıb. Hər birinizə bir daha təşəkkür edir və uğurlu dialoq arzulayıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.