DÜNYA


Çavuşoğlu: Türkiyənin Suriyada əməliyyatı ABŞ-ın çəkilməsinə bağlı deyil

Bakı, 10 yanvar, AZƏRTAC

Türkiyənin Suriyanın şərqində YPG/PKK-ya qarşı yeni hərbi əməliyyat keçirmək planı ABŞ-ın bu ölkədən qoşunlarını çıxarması ilə bağlı deyil.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Prezidenti Donald Trampın Suriyadan çəkilmə qərarına dair son vəziyyəti dəyərləndirərkən bildirib.

“Onlar çəkilsələr də, çəkilməsələr də biz istənilən halda milli təhlükəsizliyi və terror təşkilatlarından müdafiəni təmin etmək üçün lazım olan hər şeyi edəcəyik”, - nazir NTV telekanalının efirində belə deyib.

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bir qədər əvvəl bəyan etmişdi ki, Suriyadan qoşunların çıxarılması İŞİD-ə və digər terror qruplaşmalarına qarşı ABŞ-la birgə vuruşanların, yəni YPG-nin təhlükəsizliyinin təmin olunması nəzərə alınmaqla həyata keçirilməlidir. Rəsmi Ankara müşavirin bu sözlərinə kəskin reaksiya verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın kürd terror birləşmələrinin təhlükəsizliyinə zəmanət verilməsi tələbini ciddi səhv adlandırıb. O bildirib ki, Boltonun Ankara səfərindən sonra Türkiyə istənilən vaxt Suriyada antiterror əməliyyatına başlaya bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.