YUBİLEY TƏBRİKLƏRİ


Çinin Sinxua Xəbər Agentliyinin prezidenti
Çay Mincao

Hörmətli cənab Aslan Aslanov.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 100 illik yubileyi münasibətilə sizi və bütün kollektivinizi Sinxua Xəbər Agentliyi və öz adımdan ürəkdən təbrik edirəm.

Azərbaycanın və bölgənin önəmli xəbər agentliyi olan AZƏRTAC-ın yüz illik inkişaf yolu tarixi irsi özündə əks etdirməklə yanaşı, eyni zamanda, yeni bir səhifənin açılmasından xəbər verir. İnanıram ki, Sizin rəhbərliyinizlə AZƏRTAC-ın inkişafı daha da sürətlənəcək və nüfuzu gündən-günə artacaq.

Sinxua və AZƏRTAC uzun müddətdir ki, yaxın dostluq və əməkdaşlıq əlaqələrini davam etdirir, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) çərçivəsində bir-birinə qarşılıqlı dəstək verir və əməkdaşlıq edirlər. Xalqlarımız arasında qarşılıqlı anlaşmanın daha da inkişaf etdirilməsi, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi və agentliklərimiz arasında əlaqələrin genişləndirməsi üçün media sahəsində sizinlə birgə səylərimizi davam etdirməyə hazıram.

AZƏRTAC-a fəaliyyətində yeni-yeni uğurlar arzu edirəm. Həmkarlarıma cansağlığı və işlərində uğurlar arzulayıram.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.