DÜNYA


Çeçenistanda Avropanın ən böyük məscidi açılacaq VİDEO

Bakı, 18 may, AZƏRTAC

Avqustun 23-də Çeçenistanın Şali şəhərində 20 min nəfər tutumu olan Avropanın ən böyük məscidi, həmçinin Quran hafizləri məktəbinin açılış mərasimi baş tutacaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Çeçenistan Prezidenti Ramzan Kadırov məscidin inşasının demək olar ki, başa çatdığını və hazırda ətraf ərazidə abadlaşdırılma işlərinin aparıldığını deyib.

“Bu möhtəşəm kompleks nəinki Şalinin yaraşığı, həm də respublikanın ən cəlbedici yerlərindən biri olacaq”, - deyə Çeçenistan rəhbəri bildirib.

Tikintisinə 2012-ci ilin dekabrında başlanılan məscid 5 hektardan artıq ərazidə inşa edilib. Günbəzinin hündürlüyü 43 metrə çatan məscidin ətraflarında hər biri 63 metr hündürlüyündə 4 minarə ucaldılıb. İbadətgahın ərazisini 12 fəvvarə bəzəyəcək.

Regional müftiliyin məlumatına əsasən, Çeçenistan Respublikasının ərazisində 1100-dən çox məscid fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.