DÜNYA
Çeçenistanda sahibkarların əksəriyyəti alkoqollu içkilərin satışından imtina edib
Moskva, 1 dekabr, AZƏRTAC
Rusiya Federasiyası Çeçenistan Respublikasında alkoqollu içkilərin pərakəndə satışı ilə məşğul olan 16 sahibkarın 14-ü bu içkilərin satışı üçün lisenziyadan imtina edib.
Rusiya mətbuatının məlumatına görə, respublikada yalnız federal mağazalar şəbəkəsində alkoqollu içkilər satılacaq. Qeyd edək ki, Çeçenistanda alkoqol istehsal edilmir və belə içkilərin topdansatış məntəqələri yoxdur.
Çeçenistanda parlamentinin sədri Maqomed Daduyev “İnstaqram” səhifəsində alkoqollu içkilərin satışını dayandırmaq təklifi ilə çıxış edib. Bu qərar bir neçə gün əvvəl respublikada baş vermiş yol qəzasından sonra qəbul edilib. Üç avtomobilin toqquşduğu qəza nəticəsində yeddi nəfər, o cümlədən 2 uşaq həlak olub. İstintaq nəticəsində avtomobillərdən birinin sürücüsünün sərxoş olduğu müəyyən edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva