İDMAN


Çeferin UEFA başçısı vəzifəsinə yeganə namizəddir

Bakı, 8 noyabr, AZƏRTAC

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) hazırkı prezidenti, sloveniyalı Aleksandr Çeferin qurumun başçısı vəzifəsinə yeganə namizəddir.

AZƏRTAC UEFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, UEFA prezidentliyinə namizədlərin müraciətlərinin qəbulu müddətinin noyabrın 7-də bitməsinə baxmayaraq, heç kim bu vəzifəyə namizədliyini irəli sürmək niyyətini açıqlamayıb.

Avqustun 21-də elan edilib ki, Sloveniya Futbol Federasiyası və daha yeddi futbol assosiasiyası yeni seçkilər üçün Çeferinin namizədliyini irəli sürüb. Sloveniya, İsveç, Norveç, Finlandiya, Danimarka, İtaliya, İslandiya, Rusiya və Farer adalarının futbol assosiasiyaları UEFA-ya rəsmi məktub ünvanlayaraq onu dəstəklədiklərini bildiriblər.

UEFA prezidenti seçkiləri fevralın 7-də Romada qurumun konqresində keçiriləcək. A.Çeferin UEFA prezidenti vəzifəsinə 2016-cı ilin sentyabrında seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.