İDMAN


“Çelsi” ardıcıl iki oyunda qələbə qazana bilməyib

Bakı, 19 avqust, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 18-də futbol üzrə İngiltərə Premyer Liqasında ikinci turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluğa iddialı “Çelsi” öz meydanında “Lester Siti”ni qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. “Çelsi”in heyətində Mason Mount (7), “Lester Siti” isə Vilfred Ndidi (67) fərqlənib.

Xatırladaq ki, londonlular birinci turda “Mançester Yunayted” klubuna böyük hesabla məğlub olublar (4:0).

Növbəti turda Frenk Lempardın yetirmələri səfərdə “Norviç” klubu ilə üz-üzə gələcək. Görüş avqustun 24-də keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.