İDMAN


“Çelsi” klubu Kərim Benzemanı transfer etmək istəyir

Bakı, 8 yanvar, AZƏRTAC

İngiltərənin “Çelsi” klubu hücumçu axtarışını davam etdirir.

AZƏRTAC “Marca” nəşrinə istinadla xəbər verir ki, London klubu bu məsələni qış transferi dövründə həyata keçirməyi nəzərdə tutur. Əsas namizədlərdən biri “Real Madrid”in fransalı forvardı Kərim Benzemadır.

Benzemanın “zadəganlar”ın maraq dairəsində olmasına dair xəbərlərə idman mətbuatında əvvəllər də rast gəlinirdi. Fransalı hücumçunun “Paris Sen-Jermen”in diqqət mərkəzində olduğu da məlumdur.

Hücumçu 2009-cu ildən “Real”ın formasını geyinir. O, klubla birlikdə 17 dəfə mükafata sahib olub. Cari mövsümdə İspaniya çempionatında 18 oyunda meydana çıxan 31 yaşlı futbolçu 7 qol vurub və 2 məhsuldar ötürmə verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.