İDMAN


“Çelsi” klubu Markos Alonso ilə yeni müqavilə imzalayıb

Bakı, 24 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

İngiltərənin “Çelsi” klubu aparıcı müdafiəçisi Markos Alonso ilə müqaviləni uzadıb.

AZƏRTAC xəbər verir ki, 27 yaşlı ispaniyalı futbolçu daha beş il “Çelsi” klubunun şərəfini qoruyacaq. Klub müqavilənin maliyyə tərəflərini açıqlamayıb.

“Çelsi” klub ilə yeni müqaviləmə görə, çox xoşbəxtəm. Ümidvaram ki, qarşıdakı illərdə də kluba faydalı olacağam”, – deyə ispaniyalı bildirib.

Qeyd edək ki, Markos Alonso “Çelsi” klubuna İtaliyanın “Fiorentina” komandasından 2016-cı ildə transfer olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.