İDMAN


“Çelsi” klubu heyətini gücləndirməkdə davam edir

Bakı, 8 sentyabr, AZƏRTAC

İngiltərənin “Çelsi” futbol klubu heyətini gücləndirməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, London təmsilçisi Fransanın “Renn” klubunun qapıçısı Eduard Mendini heyətinə qatıb.

İyirmi səkkiz yaşlı qolkiperlə dördillik razılıq əldə olunub. Klub Seneqal millisinin üzvünün keçidi üçün 18,2 milyon funt sterlinq təzminat ödəməyi qəbul edib.

Qeyd edək ki, Eduard ötən mövsüm Liqa 1-də keçirdiyi 24 oyunda 19 top buraxıb, 9 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.